“ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarının mövcud durumu ilə bağlı hazırladığı hesabat ölkəmizə qarşı erməni lobbisinin çörəyi ilə hazırlanan sənəddir”.
Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün insan haqları və söz azadlığının pozulduğu ölkə ABŞ-dır:
"Bu ölkədə son prezident seçkilərindən sonra insan haqlarının və söz azadlığının necə kobud şəkildə pozulduğunu görürik. Bu günədək Tramp ailəsi məhkəmələrə çəkilir. Onun sosial şəbəkə hesabları qapadıldı. Bu, “öz gözlərində tiri görməyənlər başqalarının gözündə çöp axtarır” məsələsinə bənzəyir".
O, eyni zamanda ABŞ həbsxanalarında insanlara necə əzab verildiyinə diqqət çəkərək deyib ki, belə əzablar və fiziki zorakılıq dünyanın heç bir yerində olmayıb.
Murad Əhmədov, Bizim.Media
![](https://bizim.media/file/articles/2022/04/15/1650009836_cel-2.jpg)
- A-
- A
- A+
Cəmiyyət
12:03 / 15.04.2022
"İnsan haqlarının pozulduğu ölkə ABŞ-dır” - Siyavuş Novruzov
Hazırda oxunan: "İnsan haqlarının pozulduğu ölkə ABŞ-dır” - Siyavuş Novruzov
Hazırda oxunan: "İnsan haqlarının pozulduğu ölkə ABŞ-dır” - Siyavuş Novruzov
69774
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.