“Erməni parlamenti ilə iş görmək üçün Milli Məclisin komissiyası yaradılmalıdır” – Fazil Mustafa 

“Erməni parlamenti ilə iş görmək üçün Milli Məclisin komissiyası yaradılmalıdır” – Fazil Mustafa 

Hazırda oxunan: “Erməni parlamenti ilə iş görmək üçün Milli Məclisin komissiyası yaradılmalıdır” – Fazil Mustafa 

69768

“Erməni parlamenti ilə iş görmək üçün Milli Məclisin komissiyası yaradılmalıdır”.  

Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.  

Deputat qeyd edib ki, bizim ölkədə ən riskli iş təşəbbüskarlıqdır: 

"Kimsə nəyisə irəli sürmək istəyəndə birinci yuxarı, hakimiyyətə baxır, ikinci də qaragüruha baxır. Son 30 ildə nəhayət ki, bir Ermənistan prezidenti çıxıb doğrunu deyir, Qarabağın Azərbaycan torpağı olduğunu bildirir.
Erməni parlamenti ilə iş görmək üçün Milli Məclisin komissiyası yaradılmalıdır. Yeni təşəbbüsü biz irəli sürməliyik. Çünki qalib tərəf bizik. Ermənistan hökümətinə təklifləri biz verməliyik. Yalnız hakimiyyət səviyyəsində yox. Bu tarixi zamanda Ermənistan tərəfi ilə işləməyi bacarmalıyıq". 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO