Bakıda bank hesablarından oğurluq edən şəxslər TUTULDU 

Bakıda bank hesablarından oğurluq edən şəxslər TUTULDU 

Hazırda oxunan: Bakıda bank hesablarından oğurluq edən şəxslər TUTULDU 

69764

Bakıda bank hesablarından oğurluq edən şəxslər tutulub. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aprelin 6-da Bakı şəhər sakinləri - E.Manafovun 1 000, İ.İbrahimovun isə 120 manat pullarının bank hesablarından oğurlanması barədə müraciətlər daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nemət Cabbarov və Ağcabədi rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Namiq Mehdiyev müəyyən edilərək saxlanılıblar. 
Araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO