Müdafiə Nazirliyi (MN) tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən cari ilin 1-14 aprel tarixləri ərzində MN mühəndis qoşunlarının xüsusi bölmələri tərəfindən Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocalı və Xocavənd rayonları üzrə 492.06 ha ərazi təmizlənmiş, 71 ədəd PHS aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun iclasında bildirilib.
Qeyd olunub ki, təsdiq edilən tədbirlər planına əsasən sifariş olunan layihələrdən 19-u artıq yekunlaşıb, 14 layihə üzrə isə işlərin davam etdirilir.
Ümumilikdə, MN tərəfindən 15 026 ha ərazinin mina və partlayıcı sursatlardan təmizlənməsi, 17 635 ədəd mina və PHS-in zərərsizləşdirilməsi vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:52 / 15.04.2022
Azad edilmiş ərazilərdə zərərsizləşdirilən mina sayı açıqlandı
Hazırda oxunan: Azad edilmiş ərazilərdə zərərsizləşdirilən mina sayı açıqlandı
Hazırda oxunan: Azad edilmiş ərazilərdə zərərsizləşdirilən mina sayı açıqlandı
69741
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.