Hafiz Məmmədov barəsində ev dustaqlığı qərarı LƏĞV EDİLDİ

Hafiz Məmmədov barəsində ev dustaqlığı qərarı LƏĞV EDİLDİ

Hazırda oxunan: Hafiz Məmmədov barəsində ev dustaqlığı qərarı LƏĞV EDİLDİ

69710

İş adamı Hafiz Məmmədov barəsində seçilən ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Orxan Cəfərbəyli bildirib.

O bildirib ki, Dövlət Vergi Xidməti Hafiz Məmmədovun hazırki maddi vəziyyəti ilə bağlı loyal münasibət göstərərək məhkəmə tərəfindən seçilmiş qətimkan tədbiri müddətinin uzadılmasını istəməyib.

Hafiz Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunub.

Qeyd edək ki, H.Məmmədov böyük məbləğdə vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmaqda ittiham olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində sahibkarın barəsində cinayət işi başlanıb.
Cinayət işi çərçivəsində H.Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə iş adamının barəsində həbs qətimkan tədbiri seçilmişdi. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO