Yasamalda evin döşəməsi çökdü - Ölən var

Yasamalda evin döşəməsi çökdü - Ölən var

Hazırda oxunan: Yasamalda evin döşəməsi çökdü - Ölən var

6968

Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli fərdi yaşayış evinin döşəməsi çöküb, nəticədə 1 nəfər dağıntılar altında qalaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.

Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində dərinliyi təqribən 80 sm olan zirzəmiyə düşmüş 1958-ci il təvəllüdlü Hacıyev Elçin Hacı oğlunun meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO