“Ətağa” ziyarətgahında gətirmə qurbanlığı kəsmək niyə QADAĞAN OLUNDU? - Absurd SƏBƏB

“Ətağa” ziyarətgahında gətirmə qurbanlığı kəsmək niyə QADAĞAN OLUNDU? - Absurd SƏBƏB

Hazırda oxunan: “Ətağa” ziyarətgahında gətirmə qurbanlığı kəsmək niyə QADAĞAN OLUNDU? - Absurd SƏBƏB

69659

“Mir Mövsüm Ağa” ziyarətgahında qurbanlığı başqa yerdən gətirmək qadağan olunub. Ziyarətgaha gedənlər qurbanlıq heyvan aparsalar da, “Mir Mövsüm Ağa” əməkdaşları qurbanlıqların çəkisinin az olduğunu bildirərək, gətirilən heyvanların kəsilməsinə imkan vermirlər. Qurbanlıq gətirənlərə bildirilib ki, yalnız ziyarətgahda saxlanılan heyvanlar qurban kəsilə bilər. 

Sosial şəbəkələrdə bununla bağlı narazılıq edən vətəndaşların dediyinə görə ziyarətgah daxilində heyvanların qiyməti həddindən artıq bahadır. Həmçinin qurbanlığın çəkisinə və haradan gətirilməsinə olunan müdaxilə anlaşılan deyil. Narazı ziyarətçilər artıq uzun müddətdir ki, “Mir Mövsüm Ağa” ziyarətgahında özbaşınalığın hökm sürdüyündən gileyləniblər və absurd qadağanın götürülməsi üçün aidiyyəti quruma səsləniblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Pir Baba ziyarətgahı qanunsuz qazıntıdan sonra ÇAT VERİB – Kənd sakinlərindən MÜRACİƏT - FOTO


Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məsələ ilə bağlı hər hansı cavab almaq mümkün olmayıb. QMİ-nin sözçüləri olan Hacı Fuad Nurullayev, Hacı Şahin Məmmədov və mətbuat katibi Rəhim Dadaşova zənglərimizə cavab verməyib.

İlahiyyatçı Elşad Mirinin isə sözügedən məsələ ilə bağlı mövqeyi maraqlı olub. O, deyib ki, İslamda ziyarətgah anlayışı yoxdur və bu cür fəaliyyəti həyata keçirənlər öz biznesləri üçün açıq bazar formalaşdırıblar: 

“”Qurani- Kərim”də bir ayə var. Deyir Allahla aldadanlar... Bu insanlar ziyarətgah adı altında Allahın haram buyurduğu bir məsələni həyata keçirirlər. Baxın, Peyğəmbərin qəbri üstə gedib, qurban kəsmək anlayışı varmı? Xeyr, yoxdur. Allah sanki başqa yerdə görmür, orada kəsdiyiniz zaman qəbul edilir? Apar, başqa yerdə kəs, özün kəs və payla, başqalarına dəstək ol. Burada, axı, nə var? O insanlar orada dini biznes qurublar. Təssüflər olsun ki, əksəriyyət İslamın prinsiplərinə zidd olaraq “Mir Mövsüm Ağa”nın adına and içir və gedib orada qurbanlıq kəsirlər.

Nəticədə də belə bir inam formalaşır. Bunun özü yalnışdır. İnsanlar ora getməsələr və həmin məkanda qurban kəsmək istəməsələr, bu məsələ avtomatik olaraq aradan qalxacaq”, - deyə Elşad Miri əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO