Uçquna görə bağlanan Lahıc yolu açıldı

Uçquna görə bağlanan Lahıc yolu açıldı

Hazırda oxunan: Uçquna görə bağlanan Lahıc yolu açıldı

69611

İsmayıllı-Lahıc avtomobil yolunun uçqun nəticəsində bağlanan hissə açılıb, avtomobillərin hərəkəti bərpa olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bizim.Media-ya bildirib ki, Agentliyin xüsusi təyinatlı texnikaları və canlı qüvvəsi əraziyə cəlb edilib.

"Yolda hərəkət bərpa olunub, tökülmüş qaya parçaları təmizlənib. Yalnız yolun kənarında bir qaya parçası qalıb. Onu götürmək üçün xüsusi texnika çağırılıb. Gün ərzində həmin qaya parçası da təmizlənəcək", - qurum rəsmisi bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək yolu bağlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO