Xaçmazın Ağyazı Buduq kəndində ölüm hadisəsi qeydə alınıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, kənd sakini, 48 yaşlı Namiq Zinyəddin oğlu Bağırov hamamda qəfil yıxılıb və ölüb.
Hamama üz qırxmaq üçün girən kişinin çıxmadığını görən ailə üzvləri narahat olub, hamama baxanda onun yıxıldığını və artıq keçindiyini görüblər.
Mərhumun hansı səbəbdən öldüyü məlum deyil.
Kişinin meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib və tibbi ekspertiza edilib.
Ölümün səbəbini öyrənmək üçün Xaçmaz rayon prokurorluğunda araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:08 / 14.04.2022
48 yaşlı kişi hamamda yıxıldı və...
Hazırda oxunan: 48 yaşlı kişi hamamda yıxıldı və...
Hazırda oxunan: 48 yaşlı kişi hamamda yıxıldı və...
69542
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.