İçərişəhərdə fotomarafon keçiriləcək - 3 mövzu üzrə 3 şəkil çəkiləcək

İçərişəhərdə fotomarafon keçiriləcək - 3 mövzu üzrə 3 şəkil çəkiləcək

Hazırda oxunan: İçərişəhərdə fotomarafon keçiriləcək - 3 mövzu üzrə 3 şəkil çəkiləcək

69499

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin struktur qurumu olan “İçərişəhər” Muzey Mərkəzinin nəzdində fəaliyyət göstərən Bakı Fotoqrafiya Evi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə fotomarafon keçiriləcək.

Bizim.Media xəbər verir ki, İçərişəhər ərazisində keçiriləcək fotomarafonun iştirakçılarına məhdud müddət ərzində (telefon və ya kamera vasitəsilə) təyin olunmuş üç mövzu üzrə şəkil çəkmək təklif olunacaq.

Çəkilmiş fotolar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, fotomarafonun qalibləri isə sertifikat və hədiyyələrlə təltif olunacaqlar.

Fotomarafonda iştirak etmək istəyənlər aprelin 18-də saat 14:00-dan 18:00-dək qeydiyyat vərəqələrini Bakı Fotoqrafiya Evindən götürməlidirlər. İştirakçılara çəkdikləri fotoşəkilləri təqdim etmək üçün 4 saat vaxt veriləcək. 
İştirakçılar mobil telefonlardan və ya peşəkar kameradan (qeydiyyat vərəqəsində qeyd olunmalıdır) istifadə edə bilərlər. Təqdim olunacaq 3 mövzu üzrə hər biri üçün maksimum 3 şəkil təqdim olunmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO