İnsanlar idealist (inanc) və materialist (elm) kimi müxtəlif fəlsəfi bölgüləri təmsil edirlər. Azərbaycanda inancla bağlı ən dəbdə olan terminlər İslam, ateizm və tolerantlıqdır (bütün dinlərə hörmət). Bəs Tanrıya inanmaq və ya Yaradanı qəbul etməmək daha çox hansı insanlarda müşahidə olunur?
Bizim.Media bu dəfəki yazıda mövzu ilə bağlı bürclərin xüsusiyyətlərini toplayıb:
Qoç
Bu bürcün təmsilçilərini iki hissəyə bölmək olar:
1. Ancaq özünə inananlar
2. Allaha inananlar
Qoçlar çox dindar ola bilirlər, çünki onlar tarixə hörmətlə yanaşırlar. Həyatları ərzində hər zaman həqiqət axtarışında olurlar.
Buğa
Bu bürcün təmsilçiləri daha çox ateistdirlər. Onlar yalnız öz hiss etdikləri və müşahidə etdiklərinə inanırlar. O qədər inadkardılar ki, yanlarında möcüzə baş versə də, hadisəyə elmi izah verməyə çalışacaqlar.
Əkizlər
Bir ideyadan digərinə tez-tez qaçışları baş verir. Nəyə inanmalı olduqlarına da qərar verə bilmirlər. İnanc məsələsində buğalara da bənzəyirlər. Din mövzusunda fikir mübadiləsini sevirlər.
Xərçəng
Çox dindardırlar. Amma bu xüsusiyyətlərinə bəraət qazandıra bilmirlər. İstənilən köməyi qəbul etdiklərinə görə, sadəcə inanırlar. Lakin fanatik deyillər və şüurlu davranırlar. Allah onlar üçün yardım və uğur mənbəyidir.
Şir
Həyatları ərzində din və Tanrı mövzusunda fikirlərini dəyişə bilirlər. Adətən onlara 40-50 yaşlarında hidayət (inam) gəlir. Şirlər arasında sidqi ürəkdən inananlıar çox deyil. Onlar qələbə və məğlubiyyətlərində günahı özlərində görməyə üstünlük verirlər. Yəni bunu Tanrının cəzası kimi qələmə vermirlər.
Qız
Bu bürcdən olanların çoxu aqnostikdir. Belə ki, həmişə tərəddüd edirlər. Onlar elmlə din arasındakı bağı tapmaq istəyirlər. Həm ateist, həm də dindarlara anlayış göstərdikləri üçün ömür boyu iki düşərgə arasında qalırlar.
Tərəzi
Özlərini daha çox Allaha inananlara aid edirlər. Çoxları nadir hallarda dini məbədə gedər, heç vaxt ibadət etməzlər. Ancaq Tanrıya inanıb-inanmadıqlarını soruşsanız, “əlbəttə ki, inanırıq” deyəcəklər.
Əqrəb
Karyera və biznesdə hansısa nailiyyətlər naminə özünü dindar kimi göstərməyə qadirdirlər. İnam onlar üçün ya mütləq və şübhəsiz, ya da gülünc bir şeydir. Onların arasında nəinki ateist, hətta dinə qarşı çıxanlar, nifrət edənlər də çoxdur.
Oxatan
Əksər oxatan inancla bağlı suala belə cavab verir: “Heç nəyə - kabus, Allah, şeytan və oxşar məsələlərə inamıram”. Bu insanlar doğuşdan belədirlər. Uşaqlıqdan ibadətə öyrəşdirilsələr belə, nəticədə ateist olurlar. Təbiətcə eqoist olduqları üçün mövqeləri dəyişmir.
Oğlaq
Allaha ən çox inanan bürclərdən biridir. Onlar yalnız inancı yox, dinin özünə və müddəalarına da hörmətlə yanaşırlar. Bütün qaydalara əməl etmək onlar üçün şərtdir. İnamları naminə son damla qanlarına kimi mübarizə aparmağa qadirdirlər.
Dolça
Bu bürcün nümayəndələrinin çoxu oruc tutan, dua edənlər, evində dini əşyalar saxlayanlara gülürlər. Onlar Tanrının varlığını “insanlığın əbədi axmaqlıq və korluğu” sayırlar.
Balıqlar
Bu bürcün nümayəndələrinə fərqi yoxdur. Onlar özlərini ateistlərə də, inanclılara da aid edə bilərlər. Amma ürəklərinin dərinliyində həyatları boyunca qeybdəki güc və Allah barədə suallara cavab axtarırlar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:45 / 14.04.2022
Bu adamlar oruc tutanlara, dua edənlərə gülürlər – Onları TANIYIN!
Hazırda oxunan: Bu adamlar oruc tutanlara, dua edənlərə gülürlər – Onları TANIYIN!
Hazırda oxunan: Bu adamlar oruc tutanlara, dua edənlərə gülürlər – Onları TANIYIN!
69498
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.