Karantin dövründə yazılan CƏRİMƏLƏR silinəcək – Yeni QƏRAR gəlir

Karantin dövründə yazılan CƏRİMƏLƏR silinəcək – Yeni QƏRAR gəlir

Hazırda oxunan: Karantin dövründə yazılan CƏRİMƏLƏR silinəcək – Yeni QƏRAR gəlir

69471

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin dövründə yazılmış inzibati cərimələrin silinməsi təklif olunur. Pandemiyada yalnız müəssisələrə deyil, fiziki şəxslərə, yəni sadə vətəndaşlara da cərimələr yazılıb. Məsələ parlamentin müzakirəsinə çıxarılıb və əvvəlki ilə yanaşı bütün yazılan cərimələrin hökumət tərəfindən bağışlanması təklif olunur. 

Bizim.Media-ya bu barədə danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razı Nurullayevin sözlərinə görə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindən məsələni müzakirəyə çıxarıb qərar qəbul etmələrini xahiş edib:

“Bu məsələni parlamentdə mən qaldırmışam. Parlament cərimə tətbiqi ilə bağlı qərar qəbul edəndə (hərçənd ki, o zamanlar da mən səs verməmişdim) bu, heç də o demək deyildi ki, biz vətəndaşların cibi hesabına büdcəni doldurmaq istəyirik. Məqsədimiz vətəndaşların cibinə girib, pullarını almaq deyildi. Onları intizamlı olmağa çağırmaq, özlərini və yaxınlarını qorumağa yönəlmiş bir addım idi. Indi bu, təhlükə aradan qalxıb. Kimsə ödəyir, kimsə isə ödəyə bilmir. Bu, insanların sosial vəziyyətinə ciddi təsir edir. Artıq məntiqlə düz gəlir ki, yeni qərar qəbul edək və vətəndaşların cərimələrini onlara bağışlayaq”.
 

MÖVZU İLƏ BAĞLI:

DİN-dən XƏBƏRDARLIQ - Bunu edənləri 5000 manatadək cərimə gözləyir


Deputatın fikrincə, həmkarları da vətəndaşların bu cərimələrinin ləğv edilməsinə səs verməlidirlər:

“Bu, mümkündür. Cəmi seçicilərin istəyi və tələbidir. Hesab edirəm ki, cərimələrin bağışlanması dövlətin vətəndaşlara xoş bir jesti olar. Eyni zamanda dövlətlə insanlar arasındakı münasibətlər daha da loyallaşar”.

Qeyd edək ki, hüquq mühafizə oranları dəfələrlə bildiriblər ki, karantin qaydasını pozan və cəriməni ödəməkdən imtina edən şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq, avtomobili varsa, saxlanılacaq, yaxud cərimə ödənilənədək avtomobil cərimə meydançasında qalacaq. Bir sözlə cərimələrin ödətdirilməsi üçün məcbur etmə üsullarının hamısından istifadə olunacaq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO