Azərbaycanlı tələbə dünyanın 3 nüfuzlu universitetinə qəbul oldu – FOTO

Azərbaycanlı tələbə dünyanın 3 nüfuzlu universitetinə qəbul oldu – FOTO

Hazırda oxunan: Azərbaycanlı tələbə dünyanın 3 nüfuzlu universitetinə qəbul oldu – FOTO

69468

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin 4-cü kurs tələbəsi Murad Mir-Zadə magistr təhsili almaq üçün dünyanın 3 ən nüfuzlu universitetinə qəbul olunub. O, xüsusi komissiya tərəfindən yoxlama və müsahibələrdən keçərək Böyük Britanıyanın ən aparıcı universitetlərinə daxil olub.

Murad eyni vaxtda Mançester Memarlıq Məktəbi, Uels Memarlıq Məktəbi və Stratklayd Universitetində (Şotlandiyada yerləşir) magistr təhsili alacaq.

Bizim.Media AzMİU-ya istinadən xəbər verir ki, qəbul meyarları arasında Muradın peşəkar portfoliosu, xarici dil biliyi, ictimai fəaliyyəti və yüksək təhsil göstəriciləri ilə yanaşı, həm də onun bakalavr təhsilinin RIBA Part 1 (Britaniya Memarlarının Kral İnstitutu) tərəfindən akkreditasiyadan keçməsi əsas götürülüb. 

Xatırladaq ki, AzMİU-nun Memarlıq fakültəsi 2019-cu ilin sonunda RİBA-nın bakalavr təhsili üzrə 5 illik akkreditasiyasını alıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO