Bakıdan İstanbula qanunsuz yolla qızıl aparmaq istədi – Gömrükdə belə yaxalandı

Bakıdan İstanbula qanunsuz yolla qızıl aparmaq istədi – Gömrükdə belə yaxalandı

Hazırda oxunan: Bakıdan İstanbula qanunsuz yolla qızıl aparmaq istədi – Gömrükdə belə yaxalandı

69466

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilməsi cəhdinin qarşısını alıblar.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Bizim.Media-ya bildirilib ki, Bakı-İstanbul aviareysinin sərnişini, Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyən etməyib. 

Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb. 

Yoxlama zamanı vətəndaşa məxsus əl çantasının və çamadanlarının içərisində gömrük nəzarətinə bəyan edilməyən, qızıl zərgərlik məmulatları -10 ədəd sırğa-üzük-kulon-qolbaq dəsti, 8 ədəd sırğa-üzük dəsti, 6 ədəd sırğa-üzük-kulon dəsti, 1 ədəd sırğa-üzük-qolbaq-dəsti, 1 ədəd qolbaq-kulon dəsti, həmçinin 5 ədəd qolbaq, 5 ədəd üzük, 2 ədəd sancaq və 1ədəd kulon aşkarlanıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkarlanan predmetlərin ümumi çəkisi 949,51 qram olan 750 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatlarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO