Şuşa fatehinin Moskvadan göndərilən VİDEOSU – “Sən onun şəklini maşınından niyə asmısan?”

Şuşa fatehinin Moskvadan göndərilən VİDEOSU – “Sən onun şəklini maşınından niyə asmısan?”

Hazırda oxunan: Şuşa fatehinin Moskvadan göndərilən VİDEOSU – “Sən onun şəklini maşınından niyə asmısan?”

69462

“Mənim maşınıma oturan hər kəs sual edir ki, sən Cek Kasparovun şəklini niyə maşınından asmısan. Mən də deyirəm ki, bu şəkil Cek Kasparov deyil, Azərbaycan Xüsusi Təyinatlılarının baş giziri, şəhid Mehrab Niftəliyevdir. Məhz bu oğlan döyüş meydanında yaralı erməni əsgərini öz belində daşıyıb”.

Bu sözlər Vətən Müharibəsi Qəhrəmanı, Şuşa fatehi Mehrab Niftəliyevin atası Söhrab kişiyə Moskvadan göndərilən videoda səsləndirilib.

Şəhid atası deyir ki, oğlunun qəhrəmanlığı dillər dastanıdır. Ölkənin müxtəlif yerlərindən onun xatirəsi ilə bağlı mənə çoxlu mesajlar gəlir:

“Bu yaxınlarda Moskva şəhərindən göndərilən video da qürurla baxdım, Mehrabın igidliyini, xatirəsini əziz tutduqları üçün çox minnətdaram”.

Söhrab Niftəliyev indi ömrünün qalan hissəsini oğlunun arzularını gerçəkləşdirməyə həsr edib.

Mehrabın hələ sağlığında Qam-qam kəndi ərazisində alınan torpaq sahəsində bağ salmaqla məşğuldur:

“Torpağın 0.4 ha hissəsində əkilən meyvə ağacları indi artıq çiçəkləyiblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramı çərçivəsində olunan köməklik nəticəsində bağda gilas, türk qozu ağacları əkmişəm, bu il bara düşəcək. Dörd tərəfi çəpərlənib, 10 tonluq su çəni də qoymuşam ki, susuzluqdan əziyyət çəkməsin ağaclar”.

Söhrab kişi deyir ki, Quba rayonun İcra başçısı Ziyəddin Əliyev söz verib ki, kənddə Mehrabın adına olan bulağa su çəkilməsində də kömək edəcək. 

Söhrab müəllim Aprel döyüşlərində və Vətən Müharibəsində ermənilərin kürkünə birə salan Mehrabın igidliyindən ağlzdolusu danışır.

Qeyd edək ki,Vətən Müharibəsi şəhidi, Xüsusi Təyinatlıların baş giziri olmuş  Mehrab Niftəliyev Aprel döyüşləri iştirakçısı olub. Vətən Müharibəsində Cəbrayıla Azərbaycan bayrağını asan hərbçi kimi tarixə düşüb. Şuşaya daxil olan ilk hərbçilərdən biri də Mehrab olub. Elə Şuşa uğrunda gedən döyüşlərdə də 2020-ci il noyabrın 8-də  artilleriya mərmisi qəlpəsindən aldığı ağır xəsarətlərdən şəhid olub.

Allah rəhmət eləsin!

Aytəkin Alxaslı, Bizim.Media














© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO