Təhsil naziri İqtisad Universitetinin müəllim və tələbələri ilə görüşdü

Təhsil naziri İqtisad Universitetinin müəllim və tələbələri ilə görüşdü

Hazırda oxunan: Təhsil naziri İqtisad Universitetinin müəllim və tələbələri ilə görüşdü

69433

Təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbə və gənc müəlilmləri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüş ali məktəbdə keçirilib.

Nazir UNEC-in rektoru professor Ədalət Muradovla birlikdə öncə şəhidlərinin Memorial-Xatirə Kompleksini ziyarət edərək əziz xatirələrini yad edib və kompleksin önünə gül dəstələri düzüb.

Sonra nazir rektorun müşayiəti ilə UNEC-in 7/24 kitabxanası, Ekstern Mərkəzi, 1 saylı kitabxana, hibrid auditoriya ilə tanış olub. Nazirə kitabxanalar, mərkəz və hibrid auditoriyalar barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində UNEC-in yeni yaradılmış muzeyinin açılışı olub. Bildirilib ki, muzeydə nazirə UNEC-in yaranması barədə məlumatlar verilib, tarixi və rəsmi sənədlər göstərilib.

Universitetdə yaradılan hibrid auditoriyalara baxış keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO