Gəncədə güclü külək - Xalça fabrikində yanğın baş verdi

Gəncədə güclü külək - Xalça fabrikində yanğın baş verdi

Hazırda oxunan: Gəncədə güclü külək - Xalça fabrikində yanğın baş verdi

69326

Güclü külək qərb bölgəsində də problemlər yaradıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncənin müxtəlif yerlərində iri ağaclar küləyin təsirindən aşıb. Şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilməsində  problemlər yaranıb. 

Şəhərin 28 May küçəsində (Daş körpü adlanan ərazidə) yolun kənarında yerləşən iki işıq dirəyində elektrik naqilləri qırılaraq yerə düşüb. Həmçinin, külək nəticəsində xalça fabrikinin ərazisində yanğın baş verib. 

FHN-nın yanğından mühafizə bölməsinin əməkdaşları tərəfindən yanğın sondürülüb.

Daşkəsən rayonunda güclü külək nəticəsində bəzi yerlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Məqsəd Rəhimov Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO