Siyəzəndə 10-cu sinif şagirdini bıçaqlayan məktəbli HƏBS EDİLMƏDİ

Siyəzəndə 10-cu sinif şagirdini bıçaqlayan məktəbli HƏBS EDİLMƏDİ

Hazırda oxunan: Siyəzəndə 10-cu sinif şagirdini bıçaqlayan məktəbli HƏBS EDİLMƏDİ

69322

Siyəzən rayonunda yerləşən C.Cabbarlı adına 1 saylı məktəbin 10-cu sinif şagirdini bıçaqlayan 9-cu sinif şagirdi barədə rayon məhkəməsi bu gün qərar çıxarıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, adı açıqlanmayan məktəbli barəsində istintaq dövründə həbs qəti imkan tədbiri seçilməyib. Onun azyaşlı olduğu, zərərçəkənlə barışdığı nəzərə alınaraq evə buraxılıb.

Rayon polis şöbəsində aparılan istintaq müddəti başa çatdıqdan sonra onun barəsində qərarı Ağır Cinayətlər Məhkəməsi verəcək.

Qeyd edək ki, məktəblilər arasında mübahisə futbol oynamaq üstündə olub.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO