Kurikulum ləğv olunur? - Məktəblərdə YENİ TƏHSİL SİSTEMİNİN tətbiqi gözlənilir

Kurikulum ləğv olunur? - Məktəblərdə YENİ TƏHSİL SİSTEMİNİN tətbiqi gözlənilir

Hazırda oxunan: Kurikulum ləğv olunur? - Məktəblərdə YENİ TƏHSİL SİSTEMİNİN tətbiqi gözlənilir

69297

Məktəbəqədər təhsil pilləsində kurikulum təhsil proqramı ləğv olunub. Sözügedən təhsil proqramı 2012-cı ildə qəbul olunub və 3-6 yaş aralığında uşaqları əhatə edirdi.

Ümumiyyətlə, ölkədə kurikulum təhsil sistemi ilə bağlı ciddi narazılıqlar var. Belə ki, məktəbəqədər kurikulum təhsil proqramı ilə yuxarı sinif kurikulum təhsil proqramı uyğunluq təşkil etmirdi.

Məktəbəqədər kurikulum təhsil proqramının ləğvi məktəb dövrü təhsil proqramına necə təsir edəcək?

Bizim.Media-a bu barədə məlumat verən təhsil eksperti Elçin Əfəndi yeni təhsil proqramının hazırlanacağını bildirib:

“Yuxarı təhsil pilləsi ilə uyğunluq təşkil edən, əlaqələndirilməsi daha yüksək olan bir proqram tətbiq oluna bilər. Əgər bu yeni model məktəbəqədər təhsil proqramı tətbiq olunarsa, şagirdlər yuxarı sinif kurikulum təhsil proqramını daha yaxşı mənimsəyə biləcəklər”.

Ekspert təxminən 3-4 il sonra kurikulum sisteminin yuxarı təhsil pilləsində ləğv edilməsini gözləyir.

“Kurikulum əvəzinə yeni bir metod istifadə olunmalıdır. Bu Sinqapur və ya Finlandiya modeli olaraq tətbiq etmək olar. Ya da yeni Azərbaycan modeli də yaratmaq olar. Bunun üçün təhsil institutu, eləcə də Elmlər Akademiyası çalışaraq özümüzəməxsus bir model yarada bilərlər. Təbii ki, əvvəlcə beynəlxalq təcrübə araşdırılmalı və öyrənilməlidir”.

Elçin Əfəndi məktəbəqədər kurikulum proqramının uyğunsuzluğuna baxmayaraq, niyə belə gec ləğv olunması ilə bağlı suala da cavab verib.

“Proqramın gec ləğv olunma səbəbi bundan ibarətdir ki, ümumiyyətlə, məktəbəqədər təhsil prosesinə nəzarət yerli icraedici hakimiyyət orqanlarının səlahiyyətində idi. Hal-hazırda həmin nəzarət funksiyası Təhsil Nazirliyi tabeliyinə verilib. İki aylıq müddətlik tamam olduğu üçün, artıq Təhsil Naziri bu istiqamətdə lazımi tədbirlər görməyə başlayıb. Bu nöqteyi-nəzərdən yeni bir sistem yaradılır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO