“Mən müharibənin dayanacağına inanmıram. Əgər Rusiyanın iştahası davam eləsə, Ukraynanın Qara dənizə çıxışını da bağlayacaq”.
Bu şərhlə Bizim.Media-ya politoloq Cümşüd Nuriyev Putinin müharibəni uzatması məsələsinə münasibət bildirərkən çıxış edib.
Onun sözlərinə görə Rusiyanın planı Ukraynanı kontintent Belarus kimi dənizə çıxışı olmayan bir ölkəyə çevirməkdir:
“Bu o deməkdir ki, Odessa və Nikolayev də işğal olunacaq. Bunu yaxın gələcək göstərəcək. Amma görünən odur ki, Putinin proqramı bundan ibarətdir. Hələki Mariupol uğrunda mübarizə gedir və Rusiya bu şəhəri birmənalı işğal edəcək. Onun əsas məqsədi Krımla quru sərhəd torpağını əldə etməkdir. Donetsk vilayətinin sərhədlərinə qədər çıxacaq və Dnepr çayına qədər o əraziləri alacaq. Rusiyanın məqsədi hətta Ukraynanın Azov dənizinə çıxışını tamam bağlamaqdır. Onu da deyim ki, Ukraynanın da imkanları tükənir”.
Hazırda müharibənin 47-ci gününü xatırladan Cümşüd Nuriyev bildirib ki, bu müddət ərzində Rusiya əvvəldən planlaşdırdığı məsələləri həyata keçirə bilmədi:
“Amma Ukraynanı darmadağın etdi. Burada Rusiya bəzi məqsədlərinə çatdı. Birincisi ondan ibarətdir ki, Ukrayna infrastrukturu məhv olub. İkincisi, Ukraynaya işğalçlıq siyasəti yürütməklə digər dövlətlərə - Qafqaz, Mərkəzi Asiya, Gürcüstan və Moldovaya mesaj verdi. Üçüncüsü, Rusiya özünün silahları və silahlı qüvvələrinin vəziyyəti ilə tanış oldu.
Dördüncüsü isə, Rusiya dünya dövlətlərinin ona olan mövqeyini tez-tez araşdırdı. Artıq kiminlə hansı səviyyədə və necə münasibət quracağını müəyyənləşdirdi. Düzdür, Rusiya bunları müharibə etməmiş də aydınlaşdıra bilərdi. Amma Putin onun daha pis varianatını seçdi. Hər halda bundan sonra baş verənləri yaşayıb görəcəyik”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 13.04.2022
Rusiya Ukraynanın Qara və Azov dənizlərinə çıxışını BAĞLAYACAQ – Cümşüd Nuriyev
Hazırda oxunan: Rusiya Ukraynanın Qara və Azov dənizlərinə çıxışını BAĞLAYACAQ – Cümşüd Nuriyev
Hazırda oxunan: Rusiya Ukraynanın Qara və Azov dənizlərinə çıxışını BAĞLAYACAQ – Cümşüd Nuriyev
69290
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.