Yazıçılar Birliyinin yeni sədri kim olacaq? - Rəşad Məcid ADI açıqladı - VİDEO

Yazıçılar Birliyinin yeni sədri kim olacaq? - Rəşad Məcid ADI açıqladı - VİDEO

Hazırda oxunan: Yazıçılar Birliyinin yeni sədri kim olacaq? - Rəşad Məcid ADI açıqladı - VİDEO

69274

“Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının bu yay Vaqif poeziya günləri ilə eyni vaxtda, iyul ayında keçirilməsi nəzərdə tutulur”.

Bu sözləri Bizim.Media-ya Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid bildirib. Onun sözlərinə görə, Şuşada keçiriləcək qurultayın dəqiq tarixi yaxın gülərdə məlum olacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Rəşad Məcidə Azərbaycan Yazıçılar Birliyindən yeni VƏZİFƏ


“Keçən il “Vaqif peoeziya günləri” keçiriləndə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim Cənab Prezident İlham Əliyevə növbəti qurultayın Şuşada keçirilməsini təklif etmişdi və Prezident də çox razılıqla qarşılamışdı.

Yəqin ki, bu ilin iyul ayında həm Vaqif poeziya günlərinə dəvət olunan qonaqların, həm də nümayəndələrin iştirakı ilə qurultay keçiriləcək. Həm də bunun dərin mənası var, çünki Azərbaycan yazıçılarının əsərlərində Şuşa həmişə bir qırmızı xətt kimi keçib. Şuşa həsrəti həmişə bizim ürəyimizdə olub.

Zəfərimizdən sonra dərc etdiyimiz “Qarabağ dastanı” kitabı da 44 günün zəfəri adlanır. Orada Şuşanın tarixi haqqında çoxlu dəyərli yazılar var. Bu mənada hesab edirəm ki, AYB-nin növbəti qurultayının Şuşada keçirilməsi böyük bir mənəvi mədəniyyət hadisəsi olacaq. 
R.Məcid həmçinin qurultayda Azərbaycan Yazıçılar Birliyinə yenidən kimin sədr seçiləcəyini də açıqlayıb:

“Anar müəllim yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçiləcək. Onun həm fiziki imkanları, intellekti, həm də gücü imkan verir ki, o, yenidən sədr seçilsin”.

Səkinə Yusibli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO