Bakıda polis şöbəsində arvadını güllələyən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi bu gün də davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qətli törədən şəxsə hökm oxunub.
Hakimin qərarı ilə İsmayıl Məmmədova 18 il azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, bundan əvvəlki iclasda dövlət ittihamçısı İsmayıl Məmmədovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, ötən il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:39 / 12.04.2022
Polis şöbəsində arvadını güllələyən serjanta 18 il həbs cəzası VERİLDİ
Hazırda oxunan: Polis şöbəsində arvadını güllələyən serjanta 18 il həbs cəzası VERİLDİ
Hazırda oxunan: Polis şöbəsində arvadını güllələyən serjanta 18 il həbs cəzası VERİLDİ
69272
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.