Hazırda rus sülhməramlıların məsuliyyət zonasında yeləşən Laçın rayonunun Zabux (Aqavno) qəsəbəsində müvəqqəti yaşayan ermənilər Çaxkazard ("Çiçəklərlə bəzədilmiş", Pasxadan əvvəl Rəbbin Yerusəlimə təntənəli girişinə həsr edilib) bayramını keçiriblər.
Bizim.Media ermənilərə məxsus Telegram kanalına istinadən xəbər verir ki, tədbir CultureMET tərəfindən təşkil edilib.
Tədbirdə Laçın şəhərində və Sus qəsəbəsində zorla məskunlaşan ermənilər də iştirak edib.
Qeyd edək ki, Laçın şəhəri, Zabux və Sus qəsəbələri Rusiya sülhməramlılarının nəzarətindədir və Laçın dəhlizində yerləşir.
Xatırladaq ki, hazırda Laçın dəhlizinə alternativ 28 km-lik yol çəkilir.
Xankəndi ilə Ermənistanı birləşdirəcək bu yol cari ilin iyul ayından sonra istifadəyə verildikdən sonra hər 3 yaşayış məntəqələrində (Laçın şəhəri, Zabux və Sus qəsəbələri) müvəqqəti yerləşən ermənilər oranı tərk edəcəklər və Zabuxda keçirilən bu “bayram” yaddaşlarında “son bayram” kimi qalacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:36 / 12.04.2022
Ermənilər Laçında sülhməramlıların nəzarət etdiyi ərazidə bayram keçirdi – VİDEO
Hazırda oxunan: Ermənilər Laçında sülhməramlıların nəzarət etdiyi ərazidə bayram keçirdi – VİDEO
Hazırda oxunan: Ermənilər Laçında sülhməramlıların nəzarət etdiyi ərazidə bayram keçirdi – VİDEO
69270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.