Psixoloq Gülnarə Abuzərova Azərbaycan cəmiyyətinin alt qatında gedən bəzi problemlərdən narahatçılqlar yaşansa da proseslərin o qədər də acınacaqlı olmadığını deyir. Amma psixoloq olanlara qarşı vaxtında və düzgün tədbir görülməsə, vəziyyətin stasitikaya düşəcək hal alacağını xəbərdarlıq edir.
Gülnarə Abuzərovanın Bizim.Media-ya verdiyi müsahibədə ölkəmizdə xəyanətlərin və eynicinsli intim münasibətlərə meyilliliyin artmasının bəzi şok səbəblərini açıqlayıb.
- Son zamanlar pasiyentlərinizdən sizə ən çox hansı mövzularda müraciətlər daxil olur?
- Müraciətlər təbii ki individual olaraq dəyişir, amma ən çox stress və şəxsi travmaların yaratdığı psixoloji təsirlərlə bağlı müraciət edənlər say çoxluğu ilə digərlərini üstələyir. Misal üçün deyərdim ki, müraciət edən 5 adamdan 3-ü əsasən nevrozdan şikayətlənir. Buraya yeniyetmə uşaqların ana ilə münasibətdə yaşadığı problemlə bağlı etdikləri müraciətləri də daxil etmək olar.
- Maraqlı bir məqama toxundunuz. Yeniyetmələrin qarşılaşdığı problemlər birbaşa olaraq ana ilə bağlıdır, yoxsa mühitin onlara necə təsir etməsi ilə?
- Bunu fakt olaraq təsdiq edə bilərəm ki, yeniyetmələrdə bu tip problemlərin həllində əsas faktor anadır. Yeniyetməyə ana qədər təsir edən ikinci bir qüvvə yoxdur. Bu o demək deyil ki, ana onun bütün azadlıqlarını əlindən alıb nəzarətdə saxlamalıdır. Ana nəzarəti azadlığı da balanslaşdıra bilməlidir ki, gələcəkdə yarana biləcək hər hansı problemlərin qarşısını alsın. Həmçinin yeniyetməni doğru şəkildə maarifləndirdikdən sonra onun qərar və maraqlarını anlayışla qarşılamalı və övladını doğru istiqamətə yönəltməlidir ki, bu yaşda övladında pis vərdişlər yaranmasın.
Misal üçün psixoloq kimi deyim ki, mən yeniyetmə ilə 5-6 prosedur keçirdikdən sonra o yenidən öz evinə və mühitinə qayıdır. Bununla bağlı mən həmən yeniyetmənin anası ilə də görüşüb bəzi məsələlərə aydnlıq gətirməli və tövsiyələrimi bildirməliyəm ki, ana bunları öz davranışlarında nəzərə alıb lazım olduğu təqdirdə nəzarəti gücləndirsin.
- Maraqlıdır, pasiyentləriniz arasında kişilər, yoxsa qadınlar daha çoxdur?
- Son dövrlərdə tendensiyalar dəyişib. Müraciət edənlər arasında kişilər daha çoxdur. Bu bir neçə səbəblə bağlıdır. Qadın olsam da etiraf edim ki, son illər xanımlar dözümsüzdür, eqoları artır, öz istəkləri daha öndə durur və bu da boşanmalara səbəb olur. Ailə ərəb sözündən götürülüb və mənası dayanmaq deməkdir. Qadınlar daha dözümlü olmalı və ailəni qorumağa çalışmalıdırlar. Öz istəkləri üzərində apardıqları ailə münasibətləri təbii ki, effektli olmayacaq və bu da xəyanətlərə və ailələrin dağılmasına səbəb olacaq.
- Müraciətlərin sayının artım səbəbi Covid-lə bağlı ola bilər?
- İnsan gələcək üçün ən yaxşı halda sabahına ümidlə yaşayır. Beynində bununla bağlı nələr isə qurur. Korona virus pandemiyası isə ilk növbədə insanın gələcəyə olan ümidlərini öldürməyə başladı və özünəqapanmalarn sayı artdı.
Son illərdə ölkədə eynicinsli intim münasibətlərə meyilliliyin artması bununla bağlı deyil. Bu doğuşdan yarana bilər, hormonların artması ilə bağlı ola bilər və s .
İnsan iki mənəvi-psixoloji haldan ibarətdir: Mən və düşüncə. Adətən insan düşüncələrinin arxasınca gedir və bu düşüncələr hormonların artmasına səbəb olur. Düşüncələr həyata baxışımızdan asılı olaraq dəyişə bilər. Burada söhbət tək təhsildən getmir. İnsanın təhsili olub, lakin savadı və dünyagörüşü olmaya bilər. Doğru düşüncəyə sahib olmaq üçün insan həmçinin müəyyən dini biliklərə sahib olmalıdır. Bu təbii ki, dindar olmaq anlamına gəlmir. Din sənin öz daxili hüzurun, daxili yanaşman və həyata olan istəklərindir. Bu baxımdan Allahla olan rabitə də sırf insanın özünə aid olmalıdır.
- Söylədiniz ki, cinsi dəyişkənlik hormonlarla bağlıdır. Digər təqdirdə əsasən nə ilə bağlı ola bilər?
- Bu genetika ilə bağlı ola bilər ki, övladı böyüdüyü müddətdə valideyn buna həssas yanaşmalıdır. Buraya oyuncaq seçimindən tutmuş, rəng seçiminə kimi bütün hallar daxildir.
Uşağın psixologiyası ağ bir vərəqə bənzəyir və bu vərəqi əsasən valideyn dolurur.
Məsələn, bir riyazi misalı və ya teoremi həll etmək üçün bir nümunəyə baxmalı oluruq. Ailə də, öz övladı üçün bu baxımdan bir nümunə olmalıdır. Valideynin davranışları aqressivdirsə, insani münasibətləri və ya uşağa yanaşması doğru qurulmayıbsa, uşaq ətrafdakılara nəzər salıb onları doğru kimi qəbul etməyə başlayır.
Valideyn uşağı nəzarətsiz buraxanda, uşaq özü böyüməyə başlayır.Necə böyüdüyü isə mühitdən, hormonların inkişafından asılı olaraq dəyişir. Avstrya psixiatrı Alfred Adler deyir ki, insanın doğulduğu mühit bütün ömrü boyu onun özülüdür.
Oğlan uşaqları böyüməyə başlayanda onu əsasən ata və dayı ilə münasibətə yönəltmək lazımdır. Başqa bir misal, uşaqları daha çox qəhrəmanların qalib gəldiyi cizgi filmləri izləməyə yönəltmək lazımdır. Günümüzdə uşaqlara daha çox sevgi ilə bağlı cizgi filmləri izlədilir və bu zaman onların müəyyən hormonları oyanmağa başlayır. Təbii ki, psixoloq insanın şüuraltına yığılmış bəzi neqativ halları seanslarla silməyə çalışır. Bu çox böyük işdir. Bu məsələlər şüuraltına həkk olunduğu üçün imkan yarandığı təqdirdə ani bir anda insanlar yenidən bu kimi münasibətlərə meyillənirlər.
- Bu cür pasiyentlərinizin adətən nə kimi arzuları olur?
- Bəzi homoseksual kişilər düşünürlər ki, buradan uzaqlaşıb başqa cəmiyyətlərə üz tutsunlar. Bəziləri isə çox rahatlıqla gizli formada burada həyatlarına davam edirlər. Məncə bütün cəmiyyətlərdə azad və ya gizli şəkildə bu kimi hallar var.
Müasir dövrdə burada onların da yaşaması üçün də imkan var. Bəzi homoseksual pasiyentlərim milli dəyərlərə uyğun yanaşmalar ortaya qoyurlar. Fiziki olaraq keçirdikləri həyat tərzinə bəzi cinsi asılılıqlarına baxmayaraq hətta sevib seçdikləri xanımla nigaha daxil olanlar da var.
Bu da Azərbaycanın multikultural bir ölkə olmasından və bütün azadlıqlara hörmətlə yanaşmasından qaynaqlanır.
- Burada qınaq obyektinə çevirilə bilmək və ya valideynlərinin bu kimi həyat tərzi ilə bağlı xəbər tutacağı ilə bağlı qorxuları onları narahat edə bilərmi?
- İlkin vaxtlarda qorxuları çox olur, lakin qorxuları ilə qarşılaşandan sonra ondan azad olmağa başlayırlar. Valideynlərinin necə reaksiya verəcəyindən asılı olmayaraq onların həqiqəti bildikləri təqdirdə, sanki çiyinlərində daşıdıqları ağır bir yükdən azad olur və arzu etdikləri kimi öz həyatlarına davam edirlər. Elə xəyanətlərdə də situatsiya məhz belə olur.
- Tam olaraq necə olur? Məsələn qarşı tərəfdən xəyanət görən insan həmən vaxt psixoloji olaraq necə davranmalıdır?
- Misal üçün deyim ki, kişi xəyanətini nə qədər gizlədirsə, bir o qədər də narahat olur. Əgər qadın kişini izləyib etdiyi xəyanəti ona sübut etməyə çalışırsa, kişi bu zaman daha da rahatlaşır. Bu tip davranan xanıma daha çox yaxınlaşmaq əvəzində, ondan daha çox uzaqlaşır. Əgər xanım bununla barışıb o kişi ilə həyatına davam edirsə, kişi daha rahat şəkildə bu xəyanəti təkrar etməyə başlayır.
Xanımlara adətən məsləhət görürəm ki, şəxsi xəyanətdən narahatlıq heç vaxt onları rahat buraxmayıb psixologiyalarına zərbə vuracaq halda davam edəcəksə, boşanmaq və ya ayrılmaq əsas çıxış yoludur. Əks halda isə bu halı normal, yaxud heç olmamış kimi qəbul edib həyatlarına davam etməlidirlər. Hər bir davranış sivil formada olmalıdır.
- Sizcə indi daha çox kim xəyanət edir? Kişilər yoxsa qadınlar?
- Deyərdim ki, hər ikisi. Çünki bir xanım öz ərinin ona xəyanət etməsindən şikayətlənirsə, deməli əri ona başqa bir xanımla xəyanət edir. Xəyanət edən bir kişi başqa bir qadınla, xəyanət edən bir qadın isə qeyri bir kişi ilə xəyanət edir. Demək nəticə eynidir.
- Ailə təməllərindən danışdınız və son günlərdə yerli gecə klublarından birində baş verən partlayış cəmiyyətdə bəzi fikir ayrılıqlarına və qınağlara səbəb oldu. Bu mövzuda nə deyərdiniz?
- Çox təəsüflər, bu gün cəmiyyətdə kimlərinsə acısından zövq alan və onlara rişxənd edən insanlar var. Tutaq o gecə klubunun yanından mən də keçəndə yaralansaydım, bu tip insanlar deyəcəkdilər ki, yaxşı oldu. Bəs məni tanımayan insanlar haqqımda necə fikir yürüdə bilər?
İnsanlıq və mərhəmət gözəl məfhumdur və bu kimi hisslərə sahib olan insanlar çox xoşbəxtdirlər.
İnsan bu gün sahib olduğu düşüncəyə təbii ki, 5 il öncə sahib deyildi və ya 5 il sonra bu günkü düşüncə də olmayacaq. Ona görə də təfərrüatına varmadan, heç kimi qınağ obyektinə çevirmək doğru deyil.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:15 / 12.04.2022
Psixoloqdan gizli SÖHBƏTLƏR: “Xəyanət edən kişilərlə qadınların sayı bərabərdir” – MÜSAHİBƏ
Hazırda oxunan: Psixoloqdan gizli SÖHBƏTLƏR: “Xəyanət edən kişilərlə qadınların sayı bərabərdir” – MÜSAHİBƏ
Hazırda oxunan: Psixoloqdan gizli SÖHBƏTLƏR: “Xəyanət edən kişilərlə qadınların sayı bərabərdir” – MÜSAHİBƏ
69264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.