Nazirlikdən e-fərdi şəxsi hesabla bağlı AÇIQLAMA: “34 min 605 nəfərə...”

Nazirlikdən e-fərdi şəxsi hesabla bağlı AÇIQLAMA: “34 min 605 nəfərə...”

Hazırda oxunan: Nazirlikdən e-fərdi şəxsi hesabla bağlı AÇIQLAMA: “34 min 605 nəfərə...”

69164

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidməti vasitəsilə 2022-ci ilin ilk rübündə 34 min 605 şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilməklə e-fərdi şəxsi hesab açılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, iki il əvvəl fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada elektron sistemdə qeydiyyatına xidmət edir.

İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik olaraq SSN də açılır.

Bununla işçinin fərdi uçot sistemində elektron fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirakı təmin edilir və fərdi şəxsi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamasına imkan yaradılır.
Xidmət fəaliyyətə başlayandan bu vaxta qədər ümumilikdə isə 399,3 min sosial sığorta nömrəsi verilməklə elektron fərdi şəxsi hesabın açılması təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO