Saleh Məmmədov Horadizdə vətəndaşları qəbul edəcək

Saleh Məmmədov Horadizdə vətəndaşları qəbul edəcək

Hazırda oxunan: Saleh Məmmədov Horadizdə vətəndaşları qəbul edəcək

69133

Aprelin 15-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Horadiz şəhərində vətəndaşları qəbul edəcək.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, qəbul saat 11:00-da qurumun tabeliyində olan “38 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək.

Qəbulda Füzuli, Beyləqan və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyənlər “38 N-li Yol İstismarı” və Beyləqan rayonu “37 N-li Yol istismarı” MMC-də öncədən qeydiyyatdan keçə bilərlər.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO