Elman Rüstəmovu əvəzləyəcək Taleh Kazımov kimdir? - DOSYE 

Elman Rüstəmovu əvəzləyəcək Taleh Kazımov kimdir? - DOSYE 

Hazırda oxunan: Elman Rüstəmovu əvəzləyəcək Taleh Kazımov kimdir? - DOSYE 

69062

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin təqdimatları müzakirə edildiyi barədə məlumat vermişdik.

Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.

Bizim.Media xəbər verir ki, Elman Rüstəmovun yerinə təyin olunması gözlənilən Taleh Kazımovun 38 yaşı var.
 

MÖVZU İLƏ BAĞLI:

Elman Rüstəmov Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilir


Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb.

2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Ştat Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib.

Bundan başqa, Kazımov 2012-ci ildə London Biznes Məktəbinin və 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını müvəffəqiyyətlə bitirib. 

Ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malik olan Taleh Kazımov 2015-ci ilin 1 iyulundan Paşa Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO