İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Hazırda oxunan: İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

6904

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində rejim qaydaları­na nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə üzrə zəruri tədbirlər davam etdirilməkdədir.

DSX-nin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, 29 dekabr tarixində Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsi üzrə xidməti təşkil edən sərhəd gözətçi gəmisi tərəfindən Neftçala ra­yo­­nunun Həsənabad kəndi istiqamətində 2 üzmə vasitəsi müşahidə olunub, tanınma üçün zəruri tədbirlər həyata keçirilərək hər birində 2 nəfər heyət üzvü olan “Bayda” tipli üzmə vasitələri olmaları müəyyən edilib.

Sərhəd gözətçi gəmisinin “Dayan” komandasına tabe olmayan şəxslər üzmə vasi­təsinin sürətini artıraraq ərazidən şərqə doğru uzaqlaşmağa cəhd edib, əlavə iki sərhəd gözətçi gəmisinin cəlb olunduğu axtarış-təqibetmə əməliyyatı nəticəsində baydalar sahil nəzarəti böl­mələri ilə qarşılıqlı əlaqədə saxlanılıb.

Qeyri-qanuni olaraq baydalarda rejim sularına çıxmış şəxslərin Neftçala şəhər sakinləri 1982-ci il təvəllüdlü İsayev Taleh Tahir oğlu, 1977-ci il təvəllüdlü İsayev Rahim Tahir oğlu, Neftçala rayonunun Bankə qəsəbəsinin sakinləri 1977-ci il təvəl­lüdlü Nağıyev Sulduz Ayaz oğlu və 1977-ci il təvəllüdlü Əliyev Xəyyam Bəxtiyar oğlu olmaları müəyyənləşdirilib. 

Həmin gün sərhəd gö­zətçi gəmisi tərəfindən Neftçala rayonunun Şirvanlı kən­di istiqamətində sutkanın qaranlıq vaxtı 3 ədəd kiçik həcmli üzmə vasitəsi aşkar olunub.

Sərhəd gözətçi gəmisinin “Dayan” komandasına tabe olmayaraq sü­rəti artırmaqla cənub-şərqə doğru ərazidən uzaqlaşan üzmə vasitələri təqib edil­ib, hərəkət zamanı həmin üzmə vasitələrindən dənizə qutuya bənzər əşyaların atılması müşahidə olunub.

Qaranlıq hava şəraitində dənizə atılmış əşyaların axtarışı üçün digər sərhəd gözətçi gəmisi cəlb olunub, təqibi davam etdirilən kiçik həcmli üzmə vasitələri cənub-şərq istiqamətində Azərbaycan Respublikasının ərazi sularını tərk edərək müşahidədən itiblər.

Naməlum əşyaların atıldığı dəniz sahəsinə baxış nəticəsin­də 60 qutu aşkarlanmış, qutuların içərisində 5916 blok, hər blokda 10 ədəd olmaqla 59160 ədəd müxtəlif növ siqaret olduğu müəyyən edilib.

Bununla yanaşı Xəzər dənizinin cənub istiqamətində İran İslam Respubli­kasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb, dəniz istiqamətləndirici nişanına bağlanmış 1 ədəd selofan torbanın içərisində ümumi çəkisi 745 qram narkotik vasitəyə (515 qram marixuanaya, 230 qram heroinə) oxşar maddə aşkar edilərək götürülüb.

Qeyd edilən bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO