İçməli suyun da qiyməti qalxır? – RƏSMİ CAVAB

İçməli suyun da qiyməti qalxır? – RƏSMİ CAVAB

Hazırda oxunan: İçməli suyun da qiyməti qalxır? – RƏSMİ CAVAB

69024

Sosial şəbəkələrdə Azərbaycanda su tariflərinin artırılacağı ilə bağlı xəbərlər yayılıb. Belə ki, bununla bağlı “Azərsu” ASC tərəfindən Tarif Şurasına müraciətin ünvanlandığı yayılan iddialarda öz əksini tapıb.

İçməli su tarifləri ilə bağlı sözügedən iddianın həqiqəti əks etdirib-etdirmədiyini müəyyənləşdirmək üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.
 

MÖVZU İLƏ BAĞLI:

Tarif Şurasının gecələr yığılmağına son qoyulacaq? - “Qiymətləri Milli Məclis təyin etməlidir”


Qurumun mətbuat katibi Anar Cəbrayıllı Bizim.Media-ya verdiyi açıqlamasında yayılan iddiaların əsassız olduğunu bildirib.

Onun sözlərinə görə, qurum tərəfindən Tarif Şurasına cari içməli su tariflərində dəyişikliklərlə bağlı hər hansı müraciət daxil olmayıb.

“Yayılan xəbərlər sudan ödənişsiz istifadə ilə bağlıdır. Məsələnin içməli suya hər hansı aidiyyatı yoxdur”, - deyə qurum rəsmisi əlavə edib.

Xatırladaq ki, aprelin 8-də 40-a yaxın sərnişindaşıma şirkəti gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət edib. Sözügedən addımın atılmasından sonra ölkə ictimaiyyəti arasında digər sahələrdə də qiymət artımlarının olacağı ilə bağlı söz-söhbətlər yayılmağa başlayıb.
Onu da əlavə edək ki, martın 28-də Baş nazir Əli Əsədovun qərarı ilə “Sudan ödənişli istifadə Qaydaları” təsdiq olunub. Qərara əsasən, təbii su hövzələrindən götürülən suya görə tariflər müəyyən edilib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO