Bakı Elm Olimpiadası keçiriləcək

Bakı Elm Olimpiadası keçiriləcək

Hazırda oxunan: Bakı Elm Olimpiadası keçiriləcək

69015

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında Bakı Elm Olimpiadası keçiriləcək. 

İdarədən Bizim.Media-ya verilən məlumata görə, olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir. 

Olimpiada VIII, IX, X sinif şagirdləri arasında 2 mərhələdə təşkil olunacaq. Olimpiadanın I mərhələsində (30 aprel) iştirak edəcək komandalar 15 aprel 2022-ci il tarixinədək elektron qeydiyyatdan keçə bilərlər.

Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 12 komanda olimpiadanın final mərhələsində (25-26 may) iştirak üçün vəsiqə qazanacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO