Atasını balta ilə öldürən şəxsə hökm oxundu - FOTO

Atasını balta ilə öldürən şəxsə hökm oxundu - FOTO

Hazırda oxunan: Atasını balta ilə öldürən şəxsə hökm oxundu - FOTO

69007

2021-ci il iyunun 9-da Qubada atasını balta ilə qətlə yetirən Rəvan Ramazanovla bağlı məhkəmə qərar verib.

Bizim.Media xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, R.Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı balta ilə atası Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək onu öldürüb. 

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 

Xatırladaq ki, mübahisəyə səbəb S.Ramazanovun oğlunun atını döyməsi olub. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO