AMEA-da bəzi şöbələr ləğv edildi, yeniləri yaradıldı 

AMEA-da bəzi şöbələr ləğv edildi, yeniləri yaradıldı 

Hazırda oxunan: AMEA-da bəzi şöbələr ləğv edildi, yeniləri yaradıldı 

68989

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Elmi şurasının son iclasında struktur dəyişiklikləri çərçivəsində şöbə adlarının dəyişdirilməsi və yeni şöbələrin yaradılması haqqında qərar qəbul edilib.

Bu barədə Bizim.Media-ya AMEA-dan məlumat verilib.

Bildirilib ki, Geotektonika və regional geologiya şöbəsinin adı dəyişdirilərək Dinamiki geologiya, Geotermiya şöbəsinin adı dəyişdirilərək Yer təkində istilik-kütlədaşınma, Seysmologiya, geomaqnetizm və petrofizika şöbəsinin adı dəyişdirilərək Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi adlandırılması qərarı səsə qoyularaq qəbul edilib.
 

MÖVZU İLƏ BAĞLI:

AMEA-da gizli yaş SENZİ - Gənc alimlərin yolunu kimlər kəsir?


Tədbirdə, həmçinin yeni şöbələrin yaradılmasına da qərar verilib. Qərara uyğun olaraq Petrologiya, Filiz-maqmatik sistemləri və Metasomatizm və metamorfizm şöbələri birləşdirilməklə onların bazasında Filiz-maqmatik sistemləri və minerageniya şöbəsi, Paleontologiya və stratiqrafiya şöbəsi ləğv edilərək onun bazasında Biotanın təkamülü və geoloji hadisələrin korrelyasiyası şöbəsi, eləcə də ilk dəfə yeni Tətbiqi geotermiya tədqiqatları şöbəsi yaradılıb.

Elmi şurada qəbul olunmuş dəyişikliklərlə bağlı AMEA-nın Yer Elmləri Bölməsi qarşısında vəsatət qaldırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO