Pandemiyanın sonunda “Qarabağ” vaksininin istehsalı EFFEKT VERƏCƏKMİ? – Həkimdən CAVAB 

Pandemiyanın sonunda “Qarabağ” vaksininin istehsalı EFFEKT VERƏCƏKMİ? – Həkimdən CAVAB 

Hazırda oxunan: Pandemiyanın sonunda “Qarabağ” vaksininin istehsalı EFFEKT VERƏCƏKMİ? – Həkimdən CAVAB 

68822

Azərbaycanlı alimlər yerli vaksin istehsalı hazırlıqlarına başlayıblar. Azərbaycan Milli elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu tərəfindən istehsal olunacaq yerli vaksinə “Qarabağ” adı verilib.

Bizim.Media xəbər verir ki, bu barədə AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov məlumat verib.

ABŞ-da vaksinlərin hazırlanması işlərində yaxından iştirak edən, çoxsaylı patentlərin və məqalələrin müəllifi olan professor Tərlan Məmmədovun hazırladığı vaksin Ümumdünya Səhiyyə Təşkilatının prekliniki mərhələdə olan vaksinlər siyahısına daxil edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda koronavirusa qarşı VAKSİN hazırlandı - Adı "Qarabağ"dır


O, müvafiq işlərə 20 nəfərdən ibarət komandası ilə pandemiyanın ilk günlərindən etibarən başlayıb.

Tərlan Məmmədovun bildirdiyinə görə, yeni növ koronavirus RNT genomlu olduğu üçün onun mutasiyaya uğrayacağını öncədən bildiriyi üçün vaksin hazırlanmasında bu mutasiyaların neqativ effektini nəzərə alıb.

Müvafiq olaraq, COVID-19-a qarşı iki RBD əsaslı və bir kokteyl əsaslı yerli peyvənd hazırlanıb. Alim bu peyvəndlərin Delta və Omikron (60-dən çox mutasiyası olan) variantlarına qarşı çox effektiv olduğunu və ümumiyyətlə, gələcəkdə ortaya çıxacaq bütün mutasiyalara qarşı dayanıqlı ola biləcəyini vurğulayıb. Vaksin üzərində işlər başa çatdıqda onu “Qarabağ” adlandırmağı düşünür. 

Pandemiyanın sonunda və ölkədə 5 adda vaksin mövcud olduğu bir vaxtda yerli peyvəndin tətbiqi effektli olacaqmı? Yerli vaksinin dünya bazarına çıxış imkanları səmərə verəcəkmi?
Məsələ ilə bağlı radioloq-həkim Aydın əliyev Bizim.Media-ya bildirib ki, əgər yeni peyvənd təkcə COVID-19-a qarşı istehsal olunubsa, bu gecikmiş bir addımdır:

“COVID-19-a qarşı peyvənd istehsal olunursa, bu təbii ki, aktuallığını itirir. Yox, ümumiyyətlə bu, qurulan sistem istənilən infeksion və yoluxucu xəstəliyə qarşı təsirli olacaqsa, bu gözəl təşəbbüsdür. Çox güman ki, o labaratoriya digər yoluxucu xəstəliklər üçün də peyvənd hazırlamağa zəmin yaradacaq. Əslində bu layihəyə illər öncə başlamaq lazım idi”.
Aydın Əliyev yerli peyvəndin dünya bazarına çıxarılması məsələsinə də münasibət bildirib.

O, deyib ki, biz öz peyvəndimizi xaricə çıxarmaq istəyəriksə, dünyada mövcud olan müxtəlif qurumlardan sertifikat almalı olacağıq.

O qurumların ekspertləri gəlib baxacaqlar. Əgər avropa standartlarına uyğun gələrsə, o zaman rəy verəcəklər və rahat şəkildə peyvəndin xaricə çıxışı təmin olunacaq. Onlardan həmin sertifikatı ala bilməsək, yerli peyvəndin dünya bazarında satışı mümkün olmayacaq”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO