Prokurorluqdan Şəmkirdəki qətllə bağlı AÇIQLAMA 

Prokurorluqdan Şəmkirdəki qətllə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Prokurorluqdan Şəmkirdəki qətllə bağlı AÇIQLAMA 

68776

Şəmkirdəki qətllə bağlı cinayət işi açılıb. 

Bu barədə Bizim.Media-ya Şəmkir Rayon Prokurorluğundan məlumat verilib. 

Qeyd olunub ki, aprelin 8-i saat 23 radələrində Şəmkir rayonu ərazisində Samir Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirdə 33 yaşlı kişi qətlə yetirildi


Aparılmış araşdırmalarla Bakı-Qazax avtomobil magistral yolu ilə hərəkətdə olarkən Samir Abdullayev idarə etdiyi avtomobillə əvvəllər məhkum olunmuş Rasim Bağırovun idarə etdiyi avtomobilin qarşısında qəflətən manevr etməsinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunun Samir Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Rasim Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO