Mariupolda həlak olan azərbaycanlının dostu: “Həyatımı Rəfael dəyişdi”

Mariupolda həlak olan azərbaycanlının dostu: “Həyatımı Rəfael dəyişdi”

Hazırda oxunan: Mariupolda həlak olan azərbaycanlının dostu: “Həyatımı Rəfael dəyişdi”

68762

“Mənim həyatım dostum Rəfaelə görə dəyişib. Bir vaxtlar o, mənə pizza bişirməyi öyrətdi. Çətinliklərdən necə dəf olunmağı onun sayəsində bildim. Dəyərli dostumun itkisi məni də üzdü”.

Bizim.Media xəbər verir ki, bu sözləri Donbassdakı müharibə veteranı Leonid Ostaltsev Ukraynada gedən döyüşlərdə həlak olan azərbaycanlı dostu Rəfael Ağayev barəsində deyib.

İtki barədə də məhz Ostaltsev məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak oldu - FOTO 


Onun sözlərinə görə, bir neçə il öncə müharibədən qayıdaraq ukraynalıların sevimli pizzaçıları olan “Pizza Veterano” şəbəkəsini açıb birgə fəaliyyət göstəriblər. 

Ostaltsev qeyd edib ki, Rafael Ağayev Mariupolda Ukraynanın Dəniz Piyadaları Korpusunun öz bölməsinin tərkibində şəhərin müdafiəsi üçün döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olub. “Ailənə və səni tanıyanların hamısına başsağlığı verirəm. Mən səni sevirəm, mütləq görüşəcəyik”, - deyə dostu bildirib.

Qeyd edək ki, Rəfael Ağayev 2014-cü ildə Donbass döyüşlərinin də iştirakçısı olub. Rusiyanın hücumu başladığı ilk gündən isə Mariupolun müdafiəsini təşkil edən qüvvələrdən biri, Hərbi Dəniz Qüvvələri Dəniz Piyadalarının tərkibində döyüşlərə qatılıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO