Şəmkirdə baş verən yanğında azyaşlı xəsarət aldı - FOTO

Şəmkirdə baş verən yanğında azyaşlı xəsarət aldı - FOTO

Hazırda oxunan: Şəmkirdə baş verən yanğında azyaşlı xəsarət aldı - FOTO

68752

Şəmkirdə rayonun Dəllər qəsəbəsində, Səməd Vurğun küçəsində yanğın hadisəsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, qəsəbə sakini 1978-ci il təvəllüdlü Anar Əliyevə məxsus ümumi sahəsi 70 kvadratmetr olan 3 otaqlı ev yanıb.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğın söndürən avtomobili və 15-ə yaxın canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı evin 3 otağı, 1 mətbəxi yanıb, evin 15 kilometr ətrafı yanğın söndürənlər tərəfindən mühafizə olunub. 

Ev sahibinin övladı 2016-cı il təvəllüdlü Əliyev Rəvan alovun içindən yanğın söndürənlər tərəfindən xilas edilib.

Yanıq xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO