Azərbaycanda 2 şirkət dövlətə 2 milyon manata yaxın ziyan vurub.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Quba rayonunun ərazisində yerləşən “Talıbqışlaq” və “Qudyalçay” qum-çınqıl yataqlarında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən qanunsuz hasilat barədə daxil olan məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmalarla dövlətə 1 milyon 822 min manat ziyanın dəyməsi müəyyən edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 188-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 3 cinayət işi başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:03 / 08.04.2022
Azərbaycanda 2 şirkət dövlətə 2 milyon manata yaxın ziyan vurdu
Hazırda oxunan: Azərbaycanda 2 şirkət dövlətə 2 milyon manata yaxın ziyan vurdu
Hazırda oxunan: Azərbaycanda 2 şirkət dövlətə 2 milyon manata yaxın ziyan vurdu
68697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.