Yol qəzalarında ölənlərin sayı 46,4 faiz ARTIB – Dövlət Proqramı niyə İŞLƏMİR? 

Yol qəzalarında ölənlərin sayı 46,4 faiz ARTIB – Dövlət Proqramı niyə İŞLƏMİR? 

Hazırda oxunan: Yol qəzalarında ölənlərin sayı 46,4 faiz ARTIB – Dövlət Proqramı niyə İŞLƏMİR? 

68674

“Bu ilin ilk 3 ayı (yanvar - mart) ərzində baş vermiş cinayət xarakterli yol-nəqliyyat hadisələrində ölən və yaralananların sayı ilə bağlı statistika yenə də qorxuducudur. Ötən ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 46,4% artıb”.

Bizim.Media xəbər verir ki, bu barədə nəqliyyat eksperti Ərşad Hüseynov “Facebook” hesabında bildirib.

Ekspert qeyd edib ki, orta staistik olaraq hər gün ölənlərin sayı 2 nəfərdən (90 günə 183 nəfər ölüb) artıqdır:

“Ən pisi odur ki, bu qırğını durdurmaq istiqamətində, nəhayət ki, dönüş yarada bilən heç bir yenilik görmürük. Statistik məlumatlar belə pisləşəndə, adətən, dövlət qurumları müəyyən təşəbbüslər qaldırırlar.
 

Bəri başdan deyim ki, qayda pozuntularına görə cərimələri artırmaq, cinayət xarakterli hadisələrə görə cəzaları sərtləşdirmək özlüyündə çıxış yolu olmayacaq.


Dönüş yaratmaqdan ötəri ləngimədən “Yol hərəkəti təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nin real icrasına başlamaq lazımdır. Bu Proqramda problemlər və həlli yolları göstərilir. İşləmək lazımdır...”, - deyə Ərşad Hüseynov əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO