Divarlarında ağac bitən “ecazkar” yaşayış binası - VİDEOREPORTAJ

Divarlarında ağac bitən “ecazkar” yaşayış binası - VİDEOREPORTAJ

Hazırda oxunan: Divarlarında ağac bitən “ecazkar” yaşayış binası - VİDEOREPORTAJ

68639

Bura nə sakit okean hövzəsində yerləşən ecazkar adalar, nə də ki üzərində qeyri adı yaşıllıqlar bitən ekzotik qayalıqlardı. Bura Mingəçevir şəhəri Heydər Əliyev prospekti 86/1 ünvanında yerləşən və təhsil nazirliyinin balansındakı 4 mərtəbəli yataqxana binasıdır.

Keçmiş 69 saylı Peşə Məktəbinə məxsus bu binada düz 30 ildir ki, Ağdam, Kəlbəcər, Ağdərə və Laçın ərazilərindən olan məcburi köçkünlər yaşayır. Həm də qəzalı və baxımsız bir şəraitdə. 

Binalar isə yaşıllıqlara bürünmüş qayalıqları xatırladır.

Çünki binanın 1-ci mərtəbəsindən düz 3-cü mərtəbəsinə qədər akasiya və əncir ağacları kök salıb, hətta budaqları evin içinə, sanitar qovşaqlara belə ayaq açıb. Qəribə görünsə də artıq 30 ildir ki, bu ağaclar bina sakinləri birlikdə ömür-gün sürür, qısaca desək qonşuluq edir.

Bina sakini Vüsal Məmmədov bildirir ki, ağacların böyüməyinə səbəb yataqxanın mərtəbələrindəki sanitar qovşaqların ortaq işlənilməsidir. Sakinlərin nizamsız şəkildə bu qovşaqlardan istifadə etməsi həmçinin binanın qəzalı şəraitdə olması binanın normadan artıq nəmlənməsinə səbəb olur. Adiyyatı qurumlar isə məsələ ilə bağlı bir iş görmək fikirində deyillər.

Binanın dırnaarası bu ecazkar görünüşü isə hələlik bura gələnləri daha çox özünə cəlb etməkdə davam edir. Görünən odur ki, məmur biganəliyindən və sakinlərin də məsuliyyətsiz davranışı nəticəsində bu təbiət hadisəsi hələ xeyli inkişaf edib qol-budaq atacaq. 
Videoreportajı təqdim edirik:

Səkinə Yusibli, Ehtiram Muradov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO