İftar süfrəsi üçün DADLI MENYU - Şorba və şirniyyat

İftar süfrəsi üçün DADLI MENYU - Şorba və şirniyyat

Hazırda oxunan: İftar süfrəsi üçün DADLI MENYU - Şorba və şirniyyat

68552

Bu gün Ramazan ayının altıncı günüdür.

Bizim.Media iftar süfrəsi üçün hazırlaya biləcəyiniz yemək, şorba və şirniyyat təqdim edir:

Yayla şorbası

Ərzaqlar:

Düyü - 1 stəkan

Qatıq - 1 fincan

Süd - 1 fincan

Un - 2,5 x/q.

Yumurta - 1 ədəd

Nanə

Ət bulyonu - 5 stəkan

Duz zövqə görə

Hazırlanması:

Düyünü suda bişirin. Tavaya ət suyunu və bişmiş düyünü əlavə edib, vam odda qaynadın. Kənarda qatıq, süd, un və yumurtanı qarışdırın. İçərisinə qaynayan ət suyundan bir az əlavə edib, tavaya yavaş-yavaş tökün. Qatı hala gələnə qədər vam odda saxlayın (qarışdırmağa davam edin). Digər bir tavada yağı əridib, üzərinə nanə tökün. Şorbanı süfrəyə verərkən üzərinə nanəli sousdan əlavə edin.

Spagetti "Balonya"

Ərzaqlar:

Spagetti - 100 qr.

Kərə yağı - 2 x/q.

Hisəverilmiş ət - 100 qr.

Doğranmış soğan - 2 x/q.

Pomidor - 2 ədəd

Bulyon - 1/5 st.

Sürtgəcdən keçirilmiş pendir - 2 x/q.

Göyərti, istiot və duz zövqə görə

Hazırlanması:

Suyu qaynadıb, üzərinə bir az duz töküb, spagettini bişir. Bişmiş spagettini kərə yağı və istiotla qarışdır. Konservləşdirilmiş əti xırdalayıb, üzərinə soğanı əlavə edib, kərə yağında qovurun. Bir az sonra xırda doğranmış pomidoru, göyərtini, duz, istiot və bulyon əlavə edib, ət yumşalana qədər vam odda bişirin. Spagettini boşqaba töküb, üzərinə qovurmadan və rəndələnmiş pendirdən əlavə edin.

Trufel

Ərzaqlar:

Uşaq yeməyi - 350 qr.

Kakao - 6 ç/q.

Kərə yağı - 100 qr.

Süd - 100 qr.

Şəkər tozu - 150 qr.

Vafli (əzilmiş formada) - 1 qutu

Qoz - 100 qr.

Hazırlanması:

Tavada yağı, kakaonu və şəkər tozunu qarışdırın. Üzərinə isti süd əlavə et. 5 dəqiqə qarışdıra-qarışdıra, vam odda saxladıqdan sonra üzərinə uşaq qidasını əlavə edin. Qatılaşana qədər qarışdır. Soyuduqdan sonra xəmiri yumrulayıb, əzilmiş vafli və qoza batırıb, soyuducuda saxlayın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO