Kollecdə oxuyanlar universitet tələbəsi adını necə ala bilər? - Ekspert proseslərə aydınlıq GƏTİRDİ

Kollecdə oxuyanlar universitet tələbəsi adını necə ala bilər? - Ekspert proseslərə aydınlıq GƏTİRDİ

Hazırda oxunan: Kollecdə oxuyanlar universitet tələbəsi adını necə ala bilər? - Ekspert proseslərə aydınlıq GƏTİRDİ

68542

Nazilər Kabinetinin 2019-cu ildə Təhsil haqqında qanuna etdiyi dəyişikliyə əsasən kollec məzunları və ya subbakalavrlar bundan sonra hər il bitirdikləri ixtisaslara uyğun imtahansız ali təhsil almaq üçün sənəd verə bilərlər. Lakin əksər kollec məzunu müsabiqədə iştirak üçün qeyd olunan müraciət şərtlərindən xəbərsizdir.

Təhsil eksperti Kamran Əsədov həmin prosedurları Bizim.Media-ya açıqlayıb.

Onun sözlərinə görə, subbakalavr statusu olanlar müsabiqədə iştirak edə bilərlər:

“Orta ixtisas təhsili müəssisələrinin məzunları əgər diplomlarında subbakalavr sözü varsa, ixtisasları üzrə müsabiqədən kənar yəni, imtahan vermədən ali təhsil müəssisələrinə qəbul ola bilərlər. Lakin bütün kollec məzunları deyil, daha çox 2010-ci ildən sonra kolleci bitirmiş və diplomunda subbakalavr sözü olanlar bu qərardan yaralana bilərlər.
 

MÖVZU İLƏ BAĞLI:

Kollec məzunu olanlar müəllim işləyə bilər? - VİDEO


Bunun üçün may ayında DİM-in portalında şəxsi kabinet yaratmalıdırlar, şəxsi kabinetin istifadəçi adı və şifrəsi ilə daxil olaraq subbakalavrların ərizəsi bölməsində kollecdə təhsil müddətindəki qiymətləri və digər məlumatları ilə tanış ola bilərlər.

Ərizəni yadda saxladıqdan sonra təsdiq düyməsini sıxacaqlar və onların təhsil almaq istəməsi ilə bağlı oxuduqları kolleclərə informasiya gedəcək. Bundan sonra elektron ərizələr, onların birbaşa iştirakı olmadan təhsil aldıqları kollec tərəfindən təsdiq edilməlidir. Orta müvəffəqiyyət göstəricisi (OMG) ilə onlar rahatlıqla universitet seçimi edə bilərlər”.

Ekspertin sözlərinə görə, əgər bir yerə iki subbakalavr iddia edərsə, bu hallarda seçim aparıla bilər:

“Ancaq bir yerə iki subbakalavr iddia edərsə, o zaman aşağıdakı ardıcıllıqla qeyd olunan meyarlar üzrə göstərciləri daha yüksək olan subbakalavra üstünlük veriləcək:

1. Ümumi orta müvəffəqiyyət göstəricsi (ÜOMG),

2. Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika,kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası. 

Subbakalavrlar ali təhsil müəssisəsilərinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər.

Qeyd edim ki, maliyə, mühasibat, iqtisadiyyat yönümlü ixtisasları bitirən subbakalavrların qəbul olma şansı daha çoxdur”, - deyə qeyd edən Kamran Əsədov əlavə olaraq bildirir ki, subbakalavrlar həm ödənişli, həm də ödənişsiz şərtlərlə ali təhsil müəssisələrinə seçim edə bilərlər. O halda ki, abituriyentlər tərəfindən həmin ixtisas yerləri tutulmur. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO