Dünən Bakıda “Maestro School” proqramlaşdırma məktəbinin açılışı olub.
Açılış mərasimində məktəbin təsisçisi Mədinə Paşayeva bildirib ki, proqramlaşdırma məktəbi azyaşlı və yeniyetmə uşaqlar üçün nəzərdə tutulub:
“Mərkəzimiz 6 yaşdan 16 yaşa qədər uşaqlar üçün proqramlaşdırma məktəbi olaraq yaradılıb. “Maestro School”un ərsəyə gəlməsində əsas məqsəd məktəbliləri, gəncləri keyfiyyətli İT təhsil ilə təmin etməkdir. Məktəbin əsas istiqaməti full stack proqramçıların formalaşmasına yönəlib.
İnkişaf edən IT sahəsinə aid ən aktual biliklər, kompleks təlim proqramları, müəllimlər və effektiv tədris metodikası Maestro School-un əsas üstün cəhətlərini təşkil edir.
Məktəbimiz həmçinin Azərbaycanda 2025-ci ilə qədər proqramlaşdırma, proqram təminatı, dizayn, biznes və soft bacarıqlar üzrə təhsil sahəsində məktəblilər üçün birinci yerdə olmağı hədəf seçib”.
Tədbirdə çıxış edən millət vəkili Etibar Əliyev, təhsil eksperti Kamran Əsədov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası rəhbəri Səkinə Babayeva, 45 saylı məktəbin direktoru Nəcibə Axundova təşəbbüsü alqışlayıblar.
Onlar məktəbin gələcək nəsillərin yeni texnologiyalarla bağlı biliyini təkmilləşdirəcəyini və qloballaşan dünyanın yeniliklərinə Azərbaycan gənclərinin asanlıqla inteqrasiyasını imkan yaradacağını bildiriblər.
Qeyd edək ki, mərkəzdə Robototexnika, IT Start, Oyun tərtibatçısı, Minecraft, VR/AR tətbiqlərin tərtibatçısı, Mobil tətbiqlərin tərtibatçısı, Wix, Scratch, UI& UX Dizayn, Programming uşaqlar üçün, Programming yeniyetmələr üçün, Kiber təhlükəsizlik, Data Science proqramları tədris olunacaq.
Təhsil ödənişli əsaslarla icra ediləcək.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:10 / 07.04.2022
Azərbaycanda uşaqlar üçün “Maestro School” proqramlaşdırma məktəbi yaradılıb – FOTOLAR
Hazırda oxunan: Azərbaycanda uşaqlar üçün “Maestro School” proqramlaşdırma məktəbi yaradılıb – FOTOLAR
Hazırda oxunan: Azərbaycanda uşaqlar üçün “Maestro School” proqramlaşdırma məktəbi yaradılıb – FOTOLAR
68504
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.