Ramazan ayının altıncı günü: İMSAK VƏ İFTAR VAXTI - FOTO

Ramazan ayının altıncı günü: İMSAK VƏ İFTAR VAXTI - FOTO

Hazırda oxunan: Ramazan ayının altıncı günü: İMSAK VƏ İFTAR VAXTI - FOTO

68389

Sabah Ramazan ayının altıncı günüdür.

Bizim.Media Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən xəbər verir ki, aprelin 7-də imsak vaxtı saat 04:47-də, iftar vaxtı isə 19:25-dədir.

İmsak duası:

“Əllahummə lə təxzulni fihi litəərruzi mə`siyətik, və la təzribni bisiyati nəqimətik, və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadik, ya muntəha rəğbətir-rağibin”.

Tərcüməsi: “İlahi, öz minnət və qüdrətinlə məni bu gün sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə, məni qəzəb şallaqları ilə vurma və məni bu gün qəzəbinə tuş gələn günahlardan uzaqlaşdır, ey arzu edənlərin son arzusu!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO