Sərhəd keçid məntəqələrinin sayı niyə artırılmalıdır? – CAVAB 

Sərhəd keçid məntəqələrinin sayı niyə artırılmalıdır? – CAVAB 

Hazırda oxunan: Sərhəd keçid məntəqələrinin sayı niyə artırılmalıdır? – CAVAB 

68332

“Ölkələr arasında sərhəd-keçid məntəqələrinin sayının çox olması, təkcə ticari-iqtisadi əlaqələrin deyil, ümumiyyətlə münasibətlərin daha yaxşı qurulmasına xidmət edir. İnsanların gediş-gəlişinin daha rahat təşkil olunmasında, növbələrin yaranmamasında, turistik fəaliyyətin daha stimullaşdırıcı formada həyata keçirilməsində öz rolunu oynayır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

Belə ki, Milli Məclisin aprelin 5-də keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qonşu ölkələrlə sərhəd-keçid məntəqələrinin sayının artırılmasının və İranla olduğu kimi, Gürcüstan və Rusiya ilə sərhəddə də yeni məntəqələrin yaradılmasının faydalı olduğunu qeyd edib.

Eldəniz Əmirovun fikrincə, sərhəd-keçid məntəqələrinin sayının artırılması, bir sıra sahələrdə, o cümlədən ticarət dövriyyəsində də müsbət rol oynayacaq:

“İrihəcmli yük avtomobilləri məhz logistik fəaliyyət üzərindən ticarət dövriyyəsinin həyata keçirilməsində mühüm rol oynayırlar. Bir çox hallarda, bu ölkələrə ixrac etdiyimiz məhsullar uzun növbələr səbəbindən günlərlə keçid məntəqələrindən qalırlar və bu, malların xarab olması ilə nəticələnir. Təbii ki, sahibkarlara ciddi ziyan dəyir və bəzi hallarda məhsullar tamamilə yararsız hala düşür. Bu iqtisadiyyatın özünə də ciddi təsirlər göstərir”.

Ekspertin sözlərinə görə, bu, təkcə, məhsulun xarab olmasına təsir edən məqam deyil:

Bu eyni zamanda daşınmanın operativliyinin təmin olunması dövriyyə həcmlərinə təsir göstərir, daşınma xərclərini azaldır, eləcə də iki ölkə arasında ticari əlaqənin inkişafına həvəsləndirici təsir göstərməklə, bir növ motivasiya rolunu oynayır”.

Eldəniz Əmirov Gürcüstanla sərhəd-buraxılış məntəqələrinin sayının artırılmasının iqtisadi əhəmiyyətinə də diqqət çəkib:

“İranın Avropaya çıxış xətlərindən birinin Azərbaycan üzərindən olması ilə bağlı bir müddət əvvəl rəsmi Tehrandan müraciətlər olmuşdu. Bu məsələyə ilkin mərhələdə baxış da keçirilib. Belə ki, İran körfəzi ilə Qara dənizin əlaqəsini təmin etmək üçün Azərbaycan ərazisindən istifadə olunmasına görə, Azərbaycanla Gürcüstan arasındakı sərhəd-keçid məntəqələrinin artırılması xüsusi əhəmiyyət kəsb edəcək”.

Ekspert əlavə edib ki, Rusiya ilə sərhəd-keçid məntəqələrinin sayının artırılması Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı üçün əlverişli şərait yaradacaq:

“Çünki Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün Rusiya uzaq bazar olmasa da, sərhəddəki problemlər səbəbindən uzun növbələr, məhsulların xaraba olması problemlərinə tez-tez rast gəlinir. İxracın daha operativ həyata keçirilməsi, dövriyyənin artırılması və prosesin özünün rahatlığı baxımından hər iki ölkə ilə sərhəd-keçid məntəqələrinin sayının artırılması həm vətəndaşlar, həm də iqtisadiyyat üçün son dərəcə önəmlidir”.


Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO