Sürücülərə ŞAD XƏBƏR: Bakı-Quba yolu təmir olunacaq

Sürücülərə ŞAD XƏBƏR: Bakı-Quba yolu təmir olunacaq

Hazırda oxunan: Sürücülərə ŞAD XƏBƏR: Bakı-Quba yolu təmir olunacaq

68314

Bakı-Quba yolu mərhələli təmir olunacaq.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, Bakı-Quba yolunda mütəmadi olaraq təmir işləri icra olunur, ərazidə hərəkət müvəqqəti normallaşsa da, bir müddət sonra təmir işlərinin əhəmiyyəti itir. Bu səbəbdən də həmin yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var:

"Bununla bağlı aidiyyəti üzrə məlumatlar təqdim olunub. Həmin təqdim olunmuş məlumatlar əsasında Bakı-Quba yolunun mövcud Bakı-Sumqayıt hissəsinin 30 kilometri təmir olunub. Hazırda yolun Tağıyev qəsəbəsi hissəsində 14 kilometr əsaslı yenidənqurma işləri icra olunur. Bu işlər mərhələli şəkildə davam etdiriləcək", - qurum rəsmisi bildirib.

Onun sözlərinə görə, hazırda Bakı-Quba-Rusiya istiqamətində yeni avtomobil yolu inşa olunur.

"Yeni yolun inşasının bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır. Ondan sonra hazırkı Bakı-Quba yolunda hərəkət intensivliyi azalacaq və həmin ərazidə də yenidənqurma işlərinə maneəsiz şərait yaranacaq. Tağıyev qəsəbəsində işlər yekunlaşdıqdan sonra mövcud Bakı-Quba yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur", - A.Nəcəfli vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO