“Azəriqaz”ın əməkdaşı abonent tərəfindən döyüldü - FOTO

“Azəriqaz”ın əməkdaşı abonent tərəfindən döyüldü - FOTO

Hazırda oxunan: “Azəriqaz”ın əməkdaşı abonent tərəfindən döyüldü - FOTO

68209

“Azəriqaz”ın əməkdaşı xidməti fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalıb.

“Azəriqaz” İB-dən Bizim.Media-ya verilən məlumata görə, Vəliyev Ağamirzə Muradxan oğlu abonentin öncədən ödənişli (smart-kart tipli) qaz sayğacına baxış keçirilərkən qüsurla işləməsini aşkarlayıb.

Bu səbəbdən əvəzlənməsi üçün abonent məlumatlandırılıb.

Lakin bir neçə gün keçməsinə baxmayaraq sayğacın əvəzlənməsinə istehlakçı tərəfindən şərait yaradılmayıb.
"Bu gün əməkdaşımız Ağamirzə Vəliyev təkrar olaraq ərazi üzrə xidməti vəzifəsini yerinə yetirərkən abonentin hücumuna məruz qalıb. Bu hadisə ilə bağlı artıq hüquq mühafizə orqanlarına tərəfimizdən müraciət olunub", - İB-dən qeyd ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO