Keçmiş icra başçısının 5 milyonluq əmlakına HƏBS QOYULDU - SİYAHI

Keçmiş icra başçısının 5 milyonluq əmlakına HƏBS QOYULDU - SİYAHI

Hazırda oxunan: Keçmiş icra başçısının 5 milyonluq əmlakına HƏBS QOYULDU - SİYAHI

68190

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.

Bizim.Media həmin əmlakların siyahısını əldə edib. İstintaq orqanı tərəfindən həbs qoyulmuş sözügedən əmlakların siyahısını təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

"Vilyam Hacıyevin adından məndən 10 min 800 manat aldılar" –  Məhkəmədə etiraf


- Bakı şəhərində yerləşən mənzil;

- Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 fərqli mənzil;

- Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi;

- Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş "Rance Rover" markalı avtomobil və ailəsinə məxsus daha 3 avtomobil.

Xatırladaq ki, sabiq icra başçısının cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma davam etdirilir.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Məhkəmə əmlakların dövlət nəfinə müsadirə edilib-edilməməsinə qərar verəcək. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO