Bakıda restoranda lift qırıldı: Yaralılar var - YENİLƏNİB

Bakıda restoranda lift qırıldı: Yaralılar var - YENİLƏNİB

Hazırda oxunan: Bakıda restoranda lift qırıldı: Yaralılar var - YENİLƏNİB

68185

"İçərişəhər" DTMQ İdarəsinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bu gün İçərişəhər ərazisində yerləşən restoranların birində qırılan lift barəsindəki məlumatlar həqiqəti əks etdirmir:

“İçərişəhər ərazində belə bir hadisə baş verməyib”.

***18.15

İçərişəhərdə yerləşən restoranlardan birində bədbəxt hadisə baş verib.

Bizim.Media hadisə şahidlərinə istinadən xəbər verir ki, restorandakı liftin qırılması nəticəsində 2 nəfər ağır xəsarət alıb.

Xəsarət alan şəxslər 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanovdur. Onlar təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Hər iki şəxs reanimasiyaya yerləşdirilib.

*** 17.54

Bakıda restoranın lifti qırılıb. 

Səhiyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumaya görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Səbail rayonu ərazisindəki restoranlardan birindən 2 nəfərin xəsarət alması ilə bağlı çağırış olub.  

Müxtəlif travmalarla hər iki şəxs Təcili Yardım briqadası ilə KTM-ə çatdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO