Xaçmazda qonşunun itini öldürən gənc 500 manat cərimələndi

Xaçmazda qonşunun itini öldürən gənc 500 manat cərimələndi

Hazırda oxunan: Xaçmazda qonşunun itini öldürən gənc 500 manat cərimələndi

68180

Bir müddət əvvəl Bizim.Media-nın işıqlandırdığı  Xaçmazda qonşunun "Foks" adlı itini ov tüfəngilə öldürən Üçgünqışlaq kənd sakini Xudayar Muradxanov haqda inzibati tədbir görülüb.

DİN-nin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun Bizim Media-ya açıqlamasına görə, Xudayar Muradxanov barəsində Xaçmaz polis şöbəsində araşdırma aparılıb.

Onun heyvanla qəddar rəftar etdiyi təsdiqini tapıb.

Xudayar Muradxanov barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə (Heyvanlarla rəhmsiz davranmaqla  onların şikəst və ya tələf edilməsinə görə 500 manat məbləğində cərimə) inzibati protokol tərtib edilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO