Bakıda qadın həbsdə olan ərinə telefon ötürmək istədi

Bakıda qadın həbsdə olan ərinə telefon ötürmək istədi

Hazırda oxunan: Bakıda qadın həbsdə olan ərinə telefon ötürmək istədi

68172

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX) əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb. 

Bu barədə Bizim.Media-ya PX-dən bildirilib.  

Xəbərə görə, Cinayət Məcəlləsinin 234.2; 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilən Rahib Zahid oğlu Babayevlə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Ağdaş rayon sakini Nərmin Xələddin qızı Babayevanın şəxsi əşyalarına və üzərinə baxış keçirilən zaman pul kisəsinin içərisində gizlədilən daxilində danışıq kartları olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkalanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO